XƏBƏRLƏR
MƏLUMAT
“Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/12/2023 10:32

Dekabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi  önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Mərkəzin foyesində rayon məktəblilərinin  əl işlərindən ibarət rəsm sərgisinə  və Ulu Öndər Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə müasir Azərbaycanın inkişafı naminə böyük və əvəzedilməz işlər görən Ulu Öndərin anım günündən, geniş və əhatəli siyasi fəaliyyətindən danışılıb. Dövlətimizin müstəqilliyi, bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu və bu irsin təbliğinin ən ümdə vəzifələrimizdən və əsas prioritetlərimizdən biri olduğu vurğulanıb.

Baxış sayı: 410