XƏBƏRLƏR
MƏLUMAT
“Dəhşət küçəsi” filmi Rusiya Federasiyası və MDB ölkələrində ən çox baxılan ekran əsəri olub
ÜMÜMİ XƏBƏRLƏR
31/01/2022 04:36

Meksikalı rejissor Giyermo Del Toronun “Dəhşət küçəsi” filmi ötən həftəsonu 61,5 milyon rubl toplayaraq Rusiya Federasiyası və MDB ölkələrində film prokatının lideri olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu kinobusiness.com portalının yanvarın 27-dən 30-a qədər olan ilkin məlumatları təsdiqləyir.

Süjetə görə qurbanlarını aldadan bir fırıldaqçı, özündən daha təhlükəli birisi ilə-qadın psixiatrla qarşılaşır. Baş rolları Bredli Kuper, Keyt Blanşett, Villem Defo, Pol Anderson və Runi Mara canlandırıb.

Baxış sayı: 127