Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, Türkiyədəki və Özbəkistandakı səfirliklərimizin nəzdindəki Azərbaycan Mədəniyyət mərkəzlərinin birgə layihəsi ilə Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım gününə həsr olunan “Nizami Gəncəvi və Gəncə” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, Əlimuxtar Muxtarovun moderatorluğu ilə keçirilən tədbirdə Nizami fəlsəfəsinin bəşəri tutumu, eləcə də dünyada tanınan dahi şairin doğma yurdu, milli ruhumuzun aynası olan Gəncə və onun mənəvi mühiti barədə məlumat verilib.
Tədbirdə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev vebinarı açaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anım gününə həsr olunan beynəlxalq tədbirin iştirakçılarını Gəncə ziyalıları adından salamlayıb. O, yüzlərlə, minlərlə kilometr məsafələri birləşdirərən bu beynəlxalq görüşün dahi şairin yaradıcılığı, əsərlərində bəşəriyyətə çatdırdığı və bu gün də aktual olan humanist ideyalarının işığında keçirildiyini diqqətə çatdırıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dahi mütəfəkkir Nizami Gəncəvinin doğma yurdunda bu xeyirxah və elmi baxımdan dəyərli tədbir təşkil edildiyinə görə təşəkkürünü bildirib, Nizami Gəncəvi şəxsiyyəti, onun Azərbaycan, Türk dünyası ədəbiyyatına verdiyi töhfələrdən danışıb, Azərbaycanda və dünyada Nizami Gəncəvi irsinin tədqiqi və təbliği ilə bağlı layihələrdən danışıb. O, bu sahədə Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasətində böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiq və təbliğ olunması, dünya miqyasında tanıdılması məsələləri geniş yer tutduğunu xüsusi vurğulayıb.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov da çıxış edərək, Nizami Gəncəvi irsinin dünyada daha çox tanıdılmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında bu cür tədbirləri alimlərimizin digər ölkələrdəki həmkar və həmfikirləri ilə səmərəli əlaqələrinin nümunəsi kimi dəyərləndirib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkədə Nizami Gəncəvi irsinin tədqiqi və təbliği ilə bağlı reallaşdırılan layihələrdən danışıb. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını və bu məqsədlə geniş coğrafiyada Nizami Gəncəviyə dair mühüm tədbirlərin keçirildiyini bildirib.
Samir Abbasov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin klassik irsimizin tədqiqi, dünya dillərinə tərcüməsi və daha geniş tanıdılması istiqamətində işlər həyata keçirdiklərini vurğulayaraq, hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin Türkiyə Türkcəsinə tərcümə olunduğunu qeyd edib. S.Abbasov tək ədəbiyyatda deyil, mədəniyyətin bütün sahələrində dahi Nizami Gəncəvinin irsinin təbliğinin əhəmiyyətli olduğunu bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli də çıxışında Azərbaycanın tanınmış şəxsiyyətlərinin, klassik irsinin qardaş Özbəkistanda böyük maraqla qarşılandığını, xüsusən Nizami Gəncəvi və özünü onun mənəvi şagirdi hesab etmiş Əlişir Nəvainin yaradıcılıq və fəlsəfi dünyasının dərindən öyrənildiyinə diqqət çəkib.
Sonra vebinarın məruzələri dinlənilib.
Kəşmir Universitetinin professoru Naseem Ahmad Shah, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım, Özbəkistan Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, İstanbul Yıldız Texnik Universitetinin professoru Süleyman Doğan, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahar Aşurova, Təbriz Universitetinin professoru Sədyar Vəzifə (Eloğlu), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin dosenti Zəhra Allahverdiyeva, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Rauf Şeyxzamanlı, Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə və AMEA Gəncə Bölməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı çıxış ediblər.
Sonda iştirakçılar Nizami Gəncəvinin irsinin öyrənilməsi, tədqiqi, təbliği, eləcə də dahi şairin həyatı ilə bağlı əlamətdar tarixlərin ölkəmizdə və xaricdəki Azərbaycan təşkilatları tərəfindən ardıcıl olaraq qeyd olunması, daim bu istiqamətdə layihələrin reallaşdırılmasına dair razılığa gəliblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib