
Nobel qardaşları haqqında ilk məlumata orta məktəbdə tarix dərsliyində rast gəlmişik. Şimali Avropadan Nobel qardaşlarının Bakıya gəlişi, neft sənayesinə sərmayə qoyması çox maraqlı idi. Nobel qardaşları ölkəmizin iqtisadi həyatında dərin iz qoyub.
Onların Bakıdakı fəaliyyətinin nişanələrindən biri – Nobel Qardaşlarının Ev Muzeyi kimi tanınan məkandır.
Alfred Nobel, 57/2 ünvanında yerləşən bu muzeydə Nobel qardaşları və ailəsi haqqında dolğun məlumatlar əldə etmək mümkündür.
Bu məqsədlə AZƏRTAC-ın müxbiri Nobel Qardaşlarının Ev Muzeyində olub.
İlk dəfə 1871-ci ildə Robert Nobelin Bakıya gəlməyi haqında məlumat verən muzeyin direktoru Fuad Qasımov deyib ki, Robertin paytaxtımıza gəlməkdə məqsədi istehsal etdikləri silahların qundağı üçün möhkəm ağac axtarması olsa da, Suraxanı ərazisində gördüyü neft gölməçələri onun fikrini bu sahəyə yönəldir. Daha sonra qardaşı Alfred Nobelə məktub yazır və onun ayırdığı vəsait hesabına ilk neftin çıxarılması işlərinə başlayır. Binanın tikintisinə 1882-ci ildə başlanılır və 1884-cü ildə isə başa çatdırılır. Elə həmin ildən Nobel ailəsi Bakıya köçür.
Binaya daxil olan kimi XIX-XX əsrlərin abu-havası hiss edilir, qapının girəcəyində ailəyə məxsus qədimi sandıq və böyük şamdanlar görünür. Altı otaqdan ibarət binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb.
1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2008-ci ildən muzey kimi fəaliyyət göstərir. Bina iki mərtəbədir. Birinci mərtəbədə muzey, ikinci mərtəbə isə Bakı Nobel Neft Klubu və Biznes mərkəzi də yerləşir. Tikilinin interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda dizayn edilib. Buradakı əşyaların yarısı Nobel ailəsinə məxsus, yarısı isə Nobel İrsi Fondunun keçmiş sədri mərhum Toğrul Bağırzadənin maliyyə dəstəyi ilə tarixi materiallar əsasında toplanıb.
Muzeyin direktoru söyləyir ki, böyük binanın aşağı mərtəbələri idarə üçün ayrılıb. Yuxarı mərtəbələrdə klub, istirahət otaqları və kitabxana yerləşir. Peterburqdan rəssamlıq əsərləri, kitabxana üçün kitablar, bağ üçün heykəllər gətirilmişdi. Otaqlara azərbaycanlı və iranlı xalçaçıların toxuduqları bahalı xalçalar döşənib.
Hazırda muzeydə olan əşyalardan sayca 400-dən çox eksponat Nobel qardaşlarının varislərindən əldə edilib.
Muzeyin direktoru yerli vətəndaşların buraya elə də çox maraq göstərməməsindən şikayətlənir: “Bu tarixi evi görməyə daha çox Avropa ölkələrindən turistlər gəlir”.
Muzeydən ayrılan zaman bu maraqlı məkana girişin ödənişsiz olduğunu da öyrəndik. Ümid edirik ki, xarici turistlərlə yanaşı, paytaxt sakinlər də bu fürsətdən yararlanacaqlar.








- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib