XƏBƏRLƏR
MƏLUMAT
Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində ulu öndər Heydər Əliyevin anım günü qeyd edilib
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2019 23:36

Dekabrın 12-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində ulu öndər Heydər Əliyevin anım günü qeyd  edilib.

Tədbiri məktəbin Xor ixtisası üzrə müəllimi Lalə Əlizadə aparıb, ulu öndər Heydər Əliyevin həyat yolundan danışaraq bildirib ki, dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.

Dünya tarixi sübut edir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.

Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.

Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırıb. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.

Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Baxış sayı: 62703