XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Süleyman Nəcəfovun anadan olmasının 76-cı ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
06/08/2024 15:44

Süleyman Nəcəfov 1948-ci ilin avqustun 6-da İrəvanda anadan olub. O, Xoreoqrafiya Texnikumunu bitirib. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub. Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H.Cavid,"Maral"), Cena (G.Xuqayev, "Mənim qaynanam"), Oğru (M.B.Marinye,"Oğru"), Ziya Çalaqçı (Əziz Nesin, "Toros canavarı"), Ağamehdi (R.İbrahimbəyov, "Qum üstündə ev"), Tamada (Əli Əmirli, "Müqəddəs Valentin günü"), Kərəməli (Hidayət, "Məhəbbət yaşayır hələ"), Məmiş (Hidayət, "Məni qınamayın"), Səlim, (C.Cabbarlı, "Aydın"), Süleyman, Rza bəy (Ü.Hacıbəyov, "Arşın mal alan", "O olmasın, bu olsun"), Dərviş (M.F.Axundov, "Müsyö Jordan və Məstəli şah"), Təlxək (U.Şekspir, "Axırı xeyir olsun") kimi müxtəlif janrlı obrazlar aktyorun geniş yaradıcılıq diapazonuna malik olduğunu bildirir. Aktyor müxtəlif filmlərə də çəkilib. Süleyman Nəcəfov Əməkdar artist, Xalq artisti fəxri adlarına layiq görülüb.

Tanınmış aktyor 2012-ci ildə vəfat edib.

Baxış sayı: 176