XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/10/2024 11:53

Oktyabrın 16-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində  18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə rəsmilər, elm xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, tələbələr və gənc rəssamlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Azərbaycan Dövlət Uşaq Filarmoniyası tərkibində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyinin gənc rəssamlarının mövzu ilə əlaqədar hazırladığı rəsm sərgisi ilə tanış olublar.

Sonra qonaqlar Mərkəzin muzey bölməsi ilə tanış olaraq, Ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir zamanı 18 Oktyabr–Müstəqilliyin Bərpası Gününə həsr olunmuş film nümayiş olunub, “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” adlı məruzə dinlənilib.

Çıxışlarda Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edilib.

Baxış sayı: 51