XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Abdulla Babayevin anadan olmasının 100 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 09:32

Abdulla Babayev 1924-cü il aprelin 1-də Babək rayonunda anadan olub.

O, Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib. Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi tanınıb. “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnılarını ifa edib. Sənətkar müxtəlif ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərib. Abdulla Babayev “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü olub.

Abdulla Babayev 2015-ci ildə vəfat edib.

Baxış sayı: 138