XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tarzən, Azərbaycan SSR əməkdar artisti Baba Salahovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/08/2022 00:43

Azərbaycan SSR əməkdar artisti Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olub. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənib. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olub. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik edib. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət edib.

Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat edib.

Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" adlanır, 1992-ci ildən isə onun adını daşıyır. Baba Salahovun səsyazmaları Azərbaycan Televiziyasının fondunda saxlanılır.

Baxış sayı: 380