XƏBƏRLƏR
MƏLUMAT
Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 12:06

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinə Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar artisti, “Rəqsin qəlbi” mükafatının laureatı, rejissor-xoreoqraf Ramil Mehdiyev tərəfindən ustad dərsləri keçilib.

AZƏRTAC xəbər verir ki, BXA-nın rəhbərliyi və müəllim heyətinin də iştirak etdiyi dərs müddətində tələbələrə rəqslərin ifası zamanı əl və ayaq hərəkətləri, rəqs duruşunun incəlikləri nümayiş etdirilib. Dəzgah qarşısında tələbələr müvafiq rəqs hərəkətlərini icra ediblər.

Eyni zamanda onlara xoreoqrafiya sənətinin sirləri barədə danışılıb, səhnədə icra edilən vacib elementlərlə bağlı tövsiyələr verilib.

Ustad dərsləri BXA-nın müəllim və tələbələri tərəfindən yüksək qiymətləndirilib.

Baxış sayı: 93