XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 09:49

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndərin zəngin dövlətçilik irsi xalqımızın əvəzsiz sərvəti, gələcəyə gedən yollarımızda sönməyən mayakdır.

Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına həsr edib, xilaskarlıq missiyasını sonadək yerinə yetirib. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsini böyük ehtiramla yad edir.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Baxış sayı: 116