
Söhrab Əbülfəz oğlu Tahiri (Söhrab Tahir) 1926-cı il avqust ayının 6-da (bəzi mənb. may ayının 27-də) Cənubi Azərbaycanın Astara şəhərində anadan olub. 1939-1943-cü illərdə “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə tornaçı, qaynaqçı, motorçu işləyib.
1941-ci ildə ailəsi ilə Təbrizə gedib, bir müddət atasının qaynaqçı sexində işləyib. Cənubi Azərbaycanda Milli hökumət qurulan zaman Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsi təşkilat şöbəsinin partiya bilet bölməsində möhürdar vəzifəsində işləyib. İlk mətbu şeiri olan “Yaşa qüdrətli qoşun” 1949-cu ildə “Azərbaycan” qəzetində dərc olunub. O vaxtdan müntəzəm olaraq dövri mətbuatda “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirləri, hekayə, ədəbi-tənqidi və publisistik məqalələrini dərc etdirib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib, Bakıda diş həkimliyi və feldşerlik məktəbini bitirib. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb, 1959-1961-ci illərdə Moskvada M.Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1959-1961-ci illərdə eyni zamanda Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində (ADF MK-da) təlimatçı, ADF-nin Bakı şəhər komitəsinin birinci katibi, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.
1962-1966-cı illərdə ADF-nin Bakı komitəsində birinci katib, 1967-1973- cü illərdə “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, 1974-1980-ci illərdə ADF MK orqanı “Azərbaycan” qəzetinin və “Azərbaycan” jurnalının redaksiyalarında bədii şöbədə müdir, ADF-in nəzdində çıxan “Səhər” ədəbi tarixi jurnalında baş redaktor müavini, 1981-1984-cü illərdə isə ADF MK-nın siyasi-nəzəri orqanı olan “Azərbaycan” jurnalının redaktoru olub.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda aparıcı elmi işçi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi idi.
İndiyə qədər 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmipublisistik məqaləsi çap olunub. 2005-ci ildə 20 cilddə “Əsərləri” nəşr olunub.
Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif olunub. 1984-cü ildə “Əməkdar mədəniyyət işçisi”, 1998-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il may ayının 4-də vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

- 14:36 Açıq havada kitab sərgisi təşkil edilib
- 14:20 "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
- 12:26 "Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib
- 11:42 İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
- 11:05 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
- 10:28 Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
- 09:49 Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib
- 09:46 Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb
- 09:33 Stokholmda “Türk dünyasının milli mədəniyyəti” adlı konsert proqramı keçirilib
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub