
Biz xalçalar üzərində ayaq açmışıq.Onların əsrarəngiz naxışları körpə duyğularımıza bələdçilik edib. Bu möcüzəli sənət əsərləri üzərindəki nağıl qəhrəmanları, kainatın sirli obrazları bizə çox şeylər danışıb. Bu xalçalar əsrlər adlayıb, bizə tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında əsl həqiqətləri çatdırıblar. Azərbaycan xalçası xalqımızın ruhunu yaşadan, onun mənəvi dünyasında özünə laiqli yer tutan çox qiymətli sənət nümunələridir.
Bu gün də bu sənət Azərbaycanın istedadlı xalça rəssamları tərəfindən uğurla davam etdirilir. Onların səyi və istedadı xalça sənətimizin yeniləşməsinə, müasirləşməsinə önəmli töhfələr verir.
Xalçaçı rəssam Eldar Mikayılzadə də uzun illərdir ki, öz orijinal çeşnili əsərləri ilə Azərbaycanda xalça sənətinin inkişafına xidmət edir. Altmış illik ömrünün yarıdan çoxunu milli xalça sənətimizin inkişafına həsr edən bu böyük sənətkar yaratdığı bənzərsiz əsərləri ilə Azərbaycan xalçaçılıq sənəti salnaməsində yeni səhifə açıb. Onun müəllifi olduğu xalçalar dünya midyasında maraqla qarşılanır, sevilir və yüksək qiymətləndirilir.
Mikayılzadə Eldar Hidayət oğlu 1956-cı il yanvar ayının 18-də Bakının Əmircan kəndində anadan olub. Kənddəki 97 və 226 saylı məktəblərdə natamam orta təhsil alıb. 1971 – 1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini, 1978 – 1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirib. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlayıb. 1983 – 1986-cı illərdə Azərbaycan SSR EA-nın (indiki AMEA) Memarlıq və İncəsənət institutun xalçaçılıq şöbəsində kiçik elmi işçi, 1986 – 1990-cı illərdə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışıb. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirib. Sonralar özünün “Xalı” şirkətini yaradıb. 1993 – 2018-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavini olub. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətə başlayıb. Hazırda “Dekorativ-tətbiqi sənət” fakültəsi “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimidir. Eldar Mikayilzadə 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr edib və onu “Yeni Xilə” adlandırıb. Bundan başqa o, “Bütöv Azərbaycan” (1981), “Şəbi-hicran” (1981, 2006), “Azərbaycan nağılları”, “114. Bismillah”, “Əfşan” (1983, 1995, 1996), “Nağıllar aləmi” (1983), “Rəsul Həmzətov” (1983), “Azərbaycanın musiqi korifeyləri” (1985), “Azərbaycanın poeziya korifeyləri” (1985), “Lətif Kərimov” (1986), “Şam (Füzuli)” (1989), “Xətai” (1990), “Bürclər” (1991, 2000), “Suliddin” (1991), “Xəmsə” (1990), “Sirlər xəzinəsi” (1992), “İslam” (1992), “Təbriznamə” (1993), “Namazlıq” (1993), “Hillari Klinton” (1994), “İthaf” (1995-1997), “Xilaskar” (1995-1997), “Moskvanın və bütün Rusiyanın patriarxı Aleksiyin portreti” (1997), “Üç din” (1998), “Peyğəmbərlərin şəcərəsi” (1998), “Tövrat” (1999), “Bütün Qafqazın şeyxülislamı Hacı Allahşükür Paşazadənin portreti” (1999), “İsanın zühuru” (2000), “Akademik Midhət Abbasovun portreti” (2000), “Bismillahir-rəhmanir-rəhim” (2003), “Üç peyğəmbər” (2004), “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev” (2003, 2008), “Pirəbədil” (2009), “Yaranış” (2010), “Kəhkəşan” (2012) və s. xalçaların müəllifidir. O, müəllimi Səttar Bəhlulzadəyə 4 xalça həsr edib: “Səttar dünyası” (1979), “Səttar Bəhlulzadə və dostları” (1982), “Səttar” (1999) və “Səttarın arzusu” (2012). Sonuncu xalçanın kompozisiyasında dahi rəssamın 36 rəngkarlıq əsərindən istifadə olunub.
Eldar Mikayilzadə 1978-ci ildə “Bakı” adlı xalça ilə ilk dəfə respublika sərgisində iştirak edib. 1983-cü ildə Beynəlxalq Xalça Simpoziumunda ilk dəfə Beynəlxalq sərgidə iştirak edib. Londonda (1991), Moskvada (1992), Parisdə (1993), İstanbulda (1995), Brüsseldə (1996) fərdi sərgiləri təşkil olunub. 2010-cu ilin mayında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Dahilərə ithaf” adlı sərgisi keçirilib. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.
Eldar Mikayılzadə xalça motivlərindən istifadə edərək 1992-ci ildə tədavülə buraxılmış milli valyutanın eskizlərinin müəllifidir. O, AXC dövründə yaradılmış gerb layihəsində müəyyən dəyişikliklər etmiş, alovun yerinə alov dilləri ilə “Allah” kəlməsini yazıb. Eldar Mikayilzadə 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən keçmiş SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür. Müəllifi olduğu “Yaranış” xalçası Frankfurtda, “Kəhkəşan” xalçası isə Amerikada keçirilmiş beynəlxalq sərgilərdə qızıl medala layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamı ilə “Xalq rəssamı” fəxri adına laiq görülüb.



- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib