XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Fərhad İsrafilovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
04/01/2023 23:54

Fərhad İsrafilov 1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada ÜDKİ-nin Aktyorluq fakültəsində təhsil alıb. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. 1989-cu ildən "Yuğ" teatrında işləyir.

Uşaq vaxtlarından kinoya həvəsi olan Fərhad İsrafilov ilk karyerasına 1969-cu ildə ərsəyə gələn "Şərikli çörək" filmi ilə başlayıb. Qırxa yaxın filmdə iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti üzrə dərs deyir.

“Mosfilm”in istehsalı olan “Ən Mühüm Tapşırıq”, “Qələbə”, “Yeddi oğul istərəm”, “777 nömrəli iş”, “Bircəciyim”, “Doğma sahillər”, “Evin kişisi”, “Evlənmək istəyirəm”, “Qara gölün cəngavəri”, “Qəzəlxan”, “Şərikli çörək”, “Dənizə çıxmaq qorxuludur”, “Alman klinikasına şəxsi səfər”, “Yuxu yaddaşı”, “Tərsinə çevrilmiş dünya”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Dolu” kimi bədii filmlərdə, “Yaşıl eynəkli adam”, “Günahsız Abdulla”, “P. S.”, “Fatehlərin divanı”, “Nekroloq”, “Dəvətnamə”, “Gəl təzədən evlənək” kimi televiziya filmlərində müxtəlif obrazlar yaradıb.

6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülüb.

Baxış sayı: 287