XƏBƏRLƏR
MƏLUMAT
“Biz bütöv yer üzündə sülhün tərəfdarıyıq!” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/09/2024 12:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 3 sentyabr – Terrorizmlə Mübarizədə Həmrəylik Günü ilə əlaqədar “Biz bütöv yer üzündə sülhün tərəfdarıyıq!” adlı videoçarx hazırlanıb.

Videoçarxda bildirilir ki, terrorizm müasir dövrdə bütün dünya ictimaiyyətini narahat edən qlobal təhlükəyə çevrilib. Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutur.

Videoçarx kitabxananın YouTube kanalında təqdim olunub:

https://www.youtube.com/watch?v=BOBFYleJW5A

Baxış sayı: 84