XƏBƏRLƏR
MƏLUMAT
“Bir əsrlik tarix” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2023 02:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbi və Qızıldaş Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bir əsrlik tarix” adlı tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən, xalqımızın rifahı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edən film və bəstəkar Murad Hüseynovun Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Xatirələr” kompozisiyası təqdim edilib.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyev dühası və onun müstəqil Azərbaycan qarşısındakı xidmətlərindən danışıblar.

Bədii hissədə Mədəniyyət Mərkəzinin “Bədii qiraət və poeziya dərnəyinin”, rəqs kursunun üzvlərinin ifasında Ulu Öndərə həsr olunmuş musiqilər, şeirlər və rəqslər təqdim olunub, musiqi məktəbinin şagirdlərinin ifasında isə Azərbaycan və xarici bəstəkarların əsərləri dinlənilib.

Baxış sayı: 343