XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-də "Məlumat saatı" təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2022 05:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi "Ümumdünya Uşaq Hüquqları Günü" ilə əlaqədar "Məlumat saatı" təşkil edib.

Məlumat saatında Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 2 "ç" sinif şagirdləri və sinif müəllimi Nəzirə Məmmədova iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova və  baş kitabxanaçı Aygün Əliyeva məktəbli oxuculara "Ümumdünya Uşaq Hüquqları Günü" ,  Uşaq Hüquqları Konvensiyası , "Təhsil hüququ", "Uşağın yaşamaq və inkişaf etmək hüququ", "Uşağın ad və vətəndaşlıq almaq hüququ", "Uşağın əmək hüququ" və digər hüquqlar haqqında,eyni zamanda uşaqların yerinə yetirməli olduqları vəzifələr haqqında məlumat veriblər.

Sonra məktəblilər "Çox qiymətli incidir" və Zeynal Cabbarzadənin "Yer üzündə uşaqlar var" adlı şeirləri söyləyiblər.

Tədbir zamanı məktəblilərə mövzu ilə bağlı təşkil olunmuş sərgidə yer alan "Mənim hüquqlarım" adlı kitab haqqında məlumat verilib, uşaq hüquqları mövzusunda hazırlanan kiçik plakat və şəkillər nümayiş olunub.

Baxış sayı: 895