XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2024 10:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev  Mərkəzinə 166 nömrəli məktəbin müəllim və şagird kollektivinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə 153 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı iştirakçılara Ulu Öndərin həyatının və ictimai- siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Baxış sayı: 207