XƏBƏRLƏR
MƏLUMAT
Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2023 10:04

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə Bakıda yubiley tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunan tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

Tədbirdə qeyd edilib ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib.

İlk böyük uğura 1928-ci ildə bu günə kimi də aktuallığını itirməyən “Mickey Mouse”la imza atıb.

Diqqətə çatdırılıb ki, “Disney” 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan “Ağca və yeddi cırtdan”la animasiyada inqilab edib.

Bugünkü gün də “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

Sonda “Mulan” (1998) filmi nümayiş olunub.

 

Baxış sayı: 159