XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət evi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2022 06:33

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aparıcı, Badamdar qəsəbə Mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova bu əlamətdar tarix münasibəti ilə hərbi hissənin şəxsi heyətini, əsgər və zabitləri təbrik edərək, 28 May  - Müstəqillik Gününün yaranması haqqında məlumatlar verib.

Tədbirin bədii hissəsində müğənnilər Svetlana Quliyeva, Şəbnəm Mütəllimova, Duyğu, Aynurə Şirinova,  Nəzakət Vüqarlı, Gülüm Xanova, Aynur Süleymanlı, Səbinə Vəliyeva, Orxan İsazadə, Rəhman Mirzəzadə, Aydın Quliyev, Seymur Borçalı və "Hüray" qrupunun bayrama həsr olunmuş ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Sonda hərbi hissənin komandiri tərəfindən tədbir iştirakçıları “Fəxri fərman”la təltif ediliblər.

Baxış sayı: 599