XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan rejissoru, ssenaristi Zeynəb Kazımovnın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2021 01:42

Zeynəb Talıb qızı Kazımova 1912-ci il  dekabrın 27-də anadan olub. Kinoda 1937-ci ildən rejissor, ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışıb.

Zeynəb Kazımova “Axırıncı namaz” (film, 1963), “Akif Cəfərovun briqadası” (film, 1960), “Almaz” (film, 1936), “Arşın mal alan” (film, 1945), “Azərbaycan SSR” (film, 1971), “Bakının işıqları” (film, 1950), “Bəxtiyar” (film, 1942), “Bir ailə” (film, 1943), “Biz bu xatirəyə sadiqik” (film, 1975), “Dağ meşəsindən keçərkən...”, “Dəcəl dəstə” (film, 1937), “Əzim Əzimzadə” (film, 1967), “Fətəli xan” (film, 1947), “Gəmilər tarlaya çıxır” (film, 1975), “Həyat öyrədir” (film, 1961), “İgidliyin əbədidir sənin” (film, 1971), “İliçin döyünən qəlbi” (film, 1967), “İşıqlı yol” (film, 1974), “Kolxoz tarlalarının qəhrəmanları” (film, 1950), “Muğan qızı” (film, 1972), “O geri çəkilməlidir” (film, 1966), “Odlu burulğanın ram edilməsi” (film, 1976), “Oktyabrın qələbə addımı ilə” (film, 1974), “Sevil Qazıyeva” (film, 1970), “Səbuhi” (film, 1941), “Sürəyya” (film, 1973), “Telefonçu qız” (film, 1962), “Umnisə xanım” (film, 1969), “Usta Aslan” (film, 1972), “Yeni horizont” (film, 1940), “Yollar və küçələrlə” (film, 1963) kimi ekran əsərlərində rejissor, ssenari müəllifi olub.

Tanınmış sənətkar 25 sentyabr 1984-cü ildə vəfat edib.

Baxış sayı: 588