XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan beynəlxalq festivalda “Qırmızı” filmi ilə təmsil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
07/09/2021 09:10

Sentyabrın 19-24-də “Kino-detyam” (“Кино-детям”) XXVI Samara Beynəlxalq Festivalı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, Azərbaycan festivala AKİ İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviçin “Qırmızı” filmi ilə qatılıb.

Qeyd edək ki, “Qırmızı” filmi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir.

Festivalda həmçinin Rusiya, Belarus, Norveç, İsveç, İtaliya, Koreya Respublikası da öz filmləri ilə təmsil olunur.

Baxış sayı: 91