XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 15:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində Zəfər Günü münasibətilə bayram konserti keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı 44 günlük Vətən müharibəsindən, Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, şanlı tariximizə şahidlik edən üç rəngli bayrağımızdan bəhs edən məruzə dinlənilib. 

Bədii hissədə sevilən müğənnilər bir-birindən maraqlı  ifalarlarla , məktəblilər şeirlərlə çıxış ediblər.

Baxış sayı: 357