XƏBƏRLƏR
MƏLUMAT
“Animafilm” Beynəlxalq Animasiya Festivalı müsabiqə elan edib
ÜMÜMİ XƏBƏRLƏR
24/03/2020 12:35

“Animafilm” Beynəlxalq Animasiya Festivalı və “Peri Film” MMC Novruz bayramı günlərində rəsmi internet səhifəsində müsabiqə elan edib.

Martın 27-nə kimi davam edən müsabiqədə elanı paylaşan, ən çox sevdikləri Azərbaycan animasiya filminin adını və onun haqqında təəssüratını qeyd edən, Azərbaycan animasiya sənəti ilə bağlı məlumatları izləyən təəssübkeşlər iştirak edə bilər.

Müsabiqənin sonunda təsadüfi seçim yolu ilə seçilən iki qalib “Animafilm" Festivalının rəsmi səhifəsində elan ediləcək, onlara mükafat olaraq Azərbaycan animasiya sənətinin tarixini və bu gününü özündə əks etdirən, nəfis tərtibatlı “Azərbaycan animasiyası” kitabı hədiyyə ediləcək.

Baxış sayı: 741