XƏBƏRLƏR
MƏLUMAT
"Aleksandr Düma-220" başlığı altında sərgi və söhbət təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/07/2022 07:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında "Aleksandr Düma-220" başlığı altında sərgi və söhbət təşkil edilib.

Filialın informasiya və texnologiya resursları üzrə mütəxəssisi R.Məmmədova tanınmış fransız yazıçısı, daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmış A.Dümanın həyat və yaradıcılığı haqqında oxuculara məlumat verib. Bildirib ki, Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets şəhərciyində anadan olub. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyur.

Dümanın dramaturq kimi 1826-1830-cu illərdə əsərləri əks-səda yaradır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılıb. Dümanın 1830-cu illərdə yazdığı "Kin" və digər romantik dramları münaqişəli olsada sonu xoşbəxt sonluqlu olur.

Düma 1870-ci il 5 dekabrda Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat edib.

O,Villers-Koteretsdə dəfn edilib.

 

Baxış sayı: 246