XƏBƏRLƏR
MƏLUMAT
Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2023 02:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbində görkəmli ­oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Zə­rifə Əliyeva Azərbaycan xanımın­ın ən gözəl keyfiyyə­tlərini özündə birlə­şdirən, tibb elminə böyük töh­fələr verən, görkəmli ziyalı alim olub.

Sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film təqdim olunub.

Tədbirin bədii hissəsində məktəbin fortepiano ixtisası üzrə təhsil alan şagirdlər musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 364