XƏBƏRLƏR
MƏLUMAT
"9 fevral Beynəlxalq İnternet Təhlükəsizliyi Günü" başlığı altında söhbət təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
10/02/2022 02:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı 182 saylı tam orta məktəbdə "9 fevral Beynəlxalq İnternet Təhlükəsizliyi Günü" başlığı altında söhbət təşkil edib.

Söhbətdə böyük kitabxanaçı X.Qəhrəmanova  Beynəlxalq İnternet Təhlükəsizliyi Gününün tarixi və məqsədi barədə məktəbli oxuculara məlumat verib.

Sonra kitabxananın əməkdaşı A.Yusifli internetdən istifadə qaydaları, onun faydalı və zərərli tərəfləri barədə oxucuları məlumatlandırıb.

 

Baxış sayı: 1079