XƏBƏRLƏR
MƏLUMAT
34 nömrəli uşaq musiqi məktəbində 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/01/2020 07:03

Yanvarın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbində 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir şəhidlərin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Nəzəriyyə şöbəsinin müəllimi D.Namazova tədbiri açıq elan edərək 20 Yanvar faciəsi  ilə bağlı məlumat verib. Bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə  Bakıda misli görünməmiş qətliam baş verib. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar qırğını  eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə - torpağa sədaqətini, dövlətimizin müstəqilliyi və azadlğı uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş yer var. Bu 20 yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il minlərlə insan şəhidlərimizi ehtiramla yad etmək üçün buranı ziyarət edir. İllər ötəcək, nəsillər dəyişəcək lakin vətən oğullarının xatirəsi Azərbaycan xalqının  yaddaşında əbədi yaşayacaq.

Baxış sayı: 4326