XƏBƏRLƏR
MƏLUMAT
28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2023 01:39

Mayın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 10 nömrəli uşaq musiqi məktəbində 28 May - Müstəqillik Gününə həsr olunmuş fortepiano, simli və nəfəsli alətləri şöbələrinin konserti keçirilib.

Konsertdə məktəbin şagirdləri, respublika müsabiqə laureatları maraqlı və rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Baxış sayı: 371