XƏBƏRLƏR
MƏLUMAT
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar şeir təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/06/2021 01:25

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun, hər il Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Bununla əlaqədar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şairə, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı “Azərbaycan əsgərinə“ şeirini təqdim edib.

Vətənimizin qorunmasında, doğma torpaqlarımızın müdafiəsində, sülhün, əmin-amanlığın keşiyində möhkəm dayanan igid Azərbaycan əsgərlərinə həsr olunmuş şeir oxuculara təqdim olunub.

Azərbaycan əsgərinə

Zaman keçir günbəgün,

Düşmən azğınlaşır hər  saat, hər gün.

Qarabağa hücum haqda hər an düşünür,

Arzusu, niyyəti gülünc görünür.

Başlanır xeyirlə  şərin savaşı,

Düşmən hiylə qurur  hər addımbaşı.

Könüllər boğulur kindən, qəzəbdən,

Düşmənlik yaranır kin-küdurətdən.

Qəzəb-kin içində məhv olur düşmən,

 Öz pis əməlindən yox olur düşmən.

Tuşlanır özünə qəzəbi, kini,

Gizlədə bilməyir, o öz  məkrini.

Öz el-obasının hər qayğısını,

Daşıyar çiyində o böyük əsgər.

Xalqının sülh ilə yaşamağını,

Hər an dəstəkləyər o böyük əsgər.

Vicdanla çalışar o ömür boyu.

 Daima nurludur getdiyi yolu.

 Deyir ki, sülh, dostluq da olar.

 Sakit yaşayırıq, dinclikdə olar

Milli Ordusunun hər bir əsgəri,

Qürurludur, vicdanlıdır, əyilməz.

Vətəni qoruyub gedər irəli,

İlhamlı Ordunun gücü  tükənməz.

İrəli, irəli ey igid əsgər,

Yeni tarix yazdın sən igid əsgər!

Himnimiz səslənir gözəl Şuşada,

Qarabağ ünvanlı doğma məkanda.

Qürurla dalğalan, üçrəngli bayraq,

Azaddır müqəddəs bizim  Qarabağ.

Baxış sayı: 2095