XƏBƏRLƏR
MƏLUMAT
“20 Yanvarın Qanlı xatirələri” adlı sənədli film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2024 10:09

Yanvarın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinin 34- cü il dönümü ilə əlaqədar tədbir keçirilib.

İlk öncə mərkəzin əməkdaşı 233 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivini müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla tanış edib.

Sonra milli azadlığımız uğrunda canından keçən 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə 20 Yanvar hadisələri haqqında məlumat verildikdən sonra, “20 Yanvarın Qanlı xatirələri” adlı sənədli film nümayiş olunub.

Baxış sayı: 206