XƏBƏRLƏR
MƏLUMAT
181 il əvvəl Tomas Kuk dünyada birinci turizm agentliyini açıb
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2022 03:56

5 iyul 1841-ci ildə 33 yaşlı keşiş və mübariz Tomas Kuk (Thomas Cook, 1808-1892) dünyada ilk dəfə qrup şəklində turizm səyahəti təşkil edib.

Onun xahişi ilə Midland Counties Railway dəmiryolu şirkəti 570 fəhlənin “alkoqolsuz” səfəri üçün xüsusi qatar ayırıb. Səfər İngiltərənin Lesterşir qraflığında Leyster və Lafboro şəhərləri arasında mənzərəli marşrut üzrə keçib. 

Bundan sonra digər dəmiryolu şirkətləri də reklam məqsədi ilə Kuka məhdud maliyyə imkanlı ailələr üçün əyləncəli səfərlər təşkil etmək üçün endirimli imkanlar yaratmağa başlayıblar.

Beləliklə müştərilərin sayı yüzlərlə deyil, minlərə çatıb. Onun ekskursiya və səyahətləri əsasən “Maksimim sayda insana minimum qiymətlə maksimum sərfə təklif et” prinsipinə əsaslanırdı.

Beləliklə dünya qrup turizminin əsası qoyulub. Tezliklə səfərlər müntəzəm xarakter alır, 1850-ci illərdə isə bir çox Avropa şəhərlərinə turlar meydana gəlir. 1865-ci ildə Kuk həmvətənləri üçün Yeni Dünyaya, amerikalılar üçün isə əcdadlarının vətəninə turlar açır. Fəaliyyət “Tomas Kuk və oğlu” agentliyi vasitəsilə həyata keçirilir. Bu agentlik dünyada birinci turizm səfərləri üzrə ixtisaslaşmış qurum olur. Onun ilk amerikalı müştərisi isə məşhur yazıçı Mark Tven idi.

Kuk “turizmin ixtiraçısı” kimi tanınıb, onun yaratdığı turizm agentliyi isə dünyada məşhurlaşıb.

“Tomas Kuk və oğlu” firması əlli ildən sonra 84 bölməyə və 85 agentliyə malik idi, onun xidmətlərindən isə 3 milyondan artıq insan istifadə edib.

Baxış sayı: 1627