XƏBƏRLƏR
MƏLUMAT
17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 11:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 17 nömrəli Uşaq Musiqi Məktəbinin 28 May-Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” və məktəbin birləşmiş xor kollektivinin ifasında Cahangir Cahangirovun “Qarabağ” əsəri ilə açıq elan edilib.

Sonra məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Baxış sayı: 210