XƏBƏRLƏR
MƏLUMAT
“15 sentyabr - Bilik günü ”nə həsr olunmuş onlayn ədəbi-bədii tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2020 02:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində “15 sentyabr - Bilik günü ”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə Nəzəriyyə şöbəsinin müəllimi Aytən Əzizova çıxış edərək bütün şagirdləri, xüsusən birinciləri təbrik edib,Bilik Günü haqqında məlumat verərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cu il 21 avqust tarixli Fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması və həmin günün "Bilik Günü" kimi qeyd edilməsinin qərara alındığından bəhs edib. Bildirib ki, Bilik Günü - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanların xəyallarına, arzularına qovuşmasına zəmin yaradır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Sonra məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri “Bilik Günü”nə həsr olunmuş şeirlər söyləyərək müəllim və şagird kollektivini dərs ilinin başlanması münasibətilə təbrik edib onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

“Bilik Günü”nə həsr olunmuş onlayn ədəbi-bədii tədbiri aşağıdakı youtube kanalında izləyə bilərsiniz:

Baxış sayı: 1138