XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2019 16:29

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzinə 60 və 150  saylı tam orta  məktəbləri şagirdlərininekskursiyası təşkil edilib.

Şagirdlər Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Burada onlara Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

 

Baxış sayı: 38504