XƏBƏRLƏR
MƏLUMAT
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 22:34

AR Mədəniyyət Nazirliyi Kollegiyasının
3 oktyabr 2018-ci il tarixli 5/1 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Bakı şəhər Mədəniyyət Baş İdarəsihaqqında

ƏSASNAMƏ

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) Bakı şəhər MədəniyyətBaş İdarəsi (bundan sonra–Baş İdarə) Bakı şəhərində(bundan sonra- regionda) mədəniyyət və incəsənət sahələrində (bundan sonra - müvafiq sahədə)dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyinstruktur qurumudur.

1.2. Baş İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası MədəniyyətNazirliyinin Kollegiya qərarlarını, əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.3.Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4.Baş İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan RespublikasıMədəniyyətNazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Baş İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Baş İdarəBakı şəhərində yerləşir.



2. BAŞ İDARƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ


2.0.Baş İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. regionda müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. Nazirliklə razılaşdırmaqlaregiondamüvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir.


3. BAŞ İDARƏNİN VƏZİFƏLƏRİ


3.1. Baş İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimlənməni həyata keçirmək;

3.0.2. müvafiq sahədə dövlət proqramlarının layihələrinin işlənib hazırlanmasında iştirak etmək;

3.0.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsiniöz səlahiyyətləri daxilində təmin etmək;

3.0.4. Regionda Nazirliyin tabeliyində olan müvafiq sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək;

3.0.5. Regionda müvafiq sahədə qanunvericiliklə Nazirlik tərəfindən onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini və monitorinqini həyata keçirmək;

3.0.6. Nazirlik tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.0.7. Regionda müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, müsbət nəticələri təcrübədə tətbiq etmək;

3.0.8. Regionda qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

3.0.9. Regionda müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və başqa maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.10. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

3.0.12. Regionda mədəniyyətin qorunmasına, inkişafına və təşviqinə yönəlmiş tədbirlər görmək;

3.0.13. öz səlahiyyətləri daxilində müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək və qanunvericiliyə uyğun olaraq nazirliklərazılaşdırmaqla attestasiyanı keçirmək;

3.0.14. Baş İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.0.15. Baş İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və məktublara baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

3.0.16. Regionda istedadlı şəxslərin peşəkar inkişafına dəstək göstərilməsini təmin etmək;

3.0.17. Nazirliklə razılaşdırmaqla regionunmədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakını dəstəkləmək;

3.0.18. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində və Baş İdarənin balansında olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, sərgi salonlarının fondlarını və s. zənginləşdirmək, komplektləşdirmək məqsədilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunması, uçotu, mühafizəsi, təbliği və nümayişini təmin etmək;

3.0.19. Regionda mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaratmaq;

3.0.20. Baş İdarənin tabeliyindəki turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən, digər aidiyyəti qurumların rəylərini nəzərə alaraq səmərəli surətdə istifadə etmək və onların turizm marşrutlarına salınmasını təmin etmək;

3.0.21. Regionda səlahiyyətləri daxilində tarixi və mədəni irsin, mədəni dəyərlərin təşviqini və təbliğini təmin etmək;

3.0.22. Nazirlik tərəfindən siyahısı təsdiq edilmiş Baş İdarənin tabeliyində olan qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;

3.0.23. Nazirliklə razılaşdırmaqla müvafiq sahədə ümumi estetik tərbiyənin gücləndirilməsi məqsədi ilə, həmçinin iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət sahəsində fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnməsinistimullaşdıran layihələri həyata keçirmək;

3.0.24. Nazirliklə razılaşdırmaqla beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin, həmçinin regionun mədəni irsinin təqdim edilməsini və təşviqini təmin edən tədbirlər görmək;

3.0.25.Nazirliklə razılaşdırmaqla səlahiyyətləri daxilində xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərmək, xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsindəregionun təmsil edilməsindəiştirak etmək;

3.0.26. regionda yaşayan müxtəlif xalqların, etnik qrupların mədəniyyətinin inkişafına səy göstərmək;

3.0.27. mədəni əməkdaşlığa yönəlmiş regionlararası münasibətlər sahəsində dövlət siyasətinə uyğun tədbirlər keçirmək;

3.0.28. mədəniyyət sahəsinin kadr təminatı istiqamətində kompleks proqramlar hazırlamaq və reallaşdırmaq, kadrların ixtisasartırmasını təşkil etmək.

3.0.29. qanunvericilikdə müəyyən edilmiş hallarda yeni müəssisələrin yaradılması, yenidən təşkili ilə bağlı təkliflər vermək;

3.0.30. tabeliyində olan müəssisələrdə monitorinqlər keçirmək, onların fəaliyyətini qiymətləndirmək;

3.0.31. Baş İdarənin balansında olan əmlakın qorunub saxlanılmasını və səmərəli istifadə edilməsini təmin etmək;

3.0.32.fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.


4. BAŞ İDARƏNİN HÜQUQLARI


4.0. Baş İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1.müvafiq sahəyə aid olan qanunvericilik aktlarının və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

4.0.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.3. Nazirliklə razılaşdırmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitdaxilində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.5. qanunvericiliklə müəyyən edilmiş qaydada nəşrlər, bukletlər, reklam-informasiya məhsulları buraxmaq, habelə kütləvi informasiya vasitələri təsis etmək;

4.0.6. öz səlahiyyətlərini həyata keçirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

4.0.7. fəaliyyət istiqamətləri üzrə müvafiq qaydada əlaqədar icra hakimiyyəti orqanları və təşkilatlarının mütəxəssislərini cəlb etməklə ekspert şuraları, komissiya və işçi qrupları yaratmaq, səlahiyyətlərinə aid məsələlərə dair metodik materiallar və tövsiyələr hazırlamaq;

4.0.8. Baş İdarənin adından etibarnaməsiz fəaliyyət göstərmək, Baş İdarəni məhkəmə orqanlarında və digər qurumlarda təmsil etmək;

4.0.9. Baş İdarənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək;

4.0.10. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin etmək;

4.0.11. dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini qurumları arasında bölüşdürmək, tabeliyində olan müəssisələrin ştat və tarifləşmə cədvəllərini təsdiq etmək, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək; 4.0.12. Baş İdarənin fəaliyyət istiqamətlərinə uyğun müxtəlif mükafatlar təsis etmək;

4.0.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, sərgi, müsabiqə, festival, film təqdimatları və digər tədbirlər təşkil etmək;

4.0.14. Nazirliyin razılığı ilə satınalmaların təşkil olunması üçün qanunvericiliyə uyğun tender komissiyasını yaratmaq;

4.0.15. layihələrin həyata keçirilməsi məqsədilə müvəqqəti və daimi xidmətlər göstərən strukturlar (obyektlər) yaratmaq, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak, müxtəlif növ xidmətlərin göstərilməsi yolu ilə qanunvericiliyə zidd olmayan gəlir əldə etmək;

4.0.16. Baş İdarənin vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə qrantlar, ianələr və digər əvəzsiz köçürmələri almaq, qrantlar, ianələr və təqaüdlər təsis etmək;

4.0.17. Baş İdarənin fəaliyyət istiqamətləri üzrə digər şəxslər tərəfindən göstərilən xidmətləri və müxtəlif tədbirləri maliyyələşdirmək, maddi-texniki və təşkilati cəhətdən dəstəkləmək;

4.0.18. Baş İdarənin və tabeliyində olduğu müəssisə və təşkilatların daxili intizam qaydalarını təsdiq etmək;

4.0.19. Baş İdarənin əmlakı barədə qanunvericiliyə uyğun olaraq müstəqil sərəncam vermək, müqavilələr bağlamaq, etibarnamələr vermək, banklarda hesablaşma hesabı və digər hesablar açmaq;

4.0.20. Baş İdarə rəisi öz səlahiyyətləri daxilində idarə rəisi olmadığı müddətdə vəzifələrinin müvəqqəti olaraq icrasını müavininə tapşıra bilər;

4.0.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.


5. BAŞ İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ


5.1.Baş İdarə öz fəaliyyətinibilavasitə və tabeliyində olan qurumlar vasitəsilə həyata keçirir.

5.2. Baş İdarənin strukturu və ştat cədvəli Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Nazirlik tərəfindən təsdiq edilir. Baş İdarənin aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.Baş İdarənin fəaliyyətinə nəzarət etdiyi qurumların siyahısını və nomenklaturasını Nazirlik təsdiq edir.

5.3. Baş İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Rəisin Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinivə dövlət qulluqçusu olan digər işçiləri vardır. Müavin və işçilər rəis tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Rəis:

5.5.1.Baş İdarənin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;

5.5.2. müavinin və digər işçilərin vəzifə bölgüsünü aparır, onun, habelə tabeliyində olan və fəaliyyətinə nəzarət etdiyi qurumların rəhbərlərinin və digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. nazirlik tərəfindən təsdiq olunmuş Baş İdarənin tabeliyində olan müəssisə və təşkilatların İdarənin vəzifələr nomenklaturasına aid uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, mərkəzlərinin, muzeylərin, qalereyaların, şəhər (rayon) mədəniyyət mərkəzlərinin,mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorlarını nazirliklə yazılı razılaşdırmaqla, digər işçiləri və nazirliyin vəzifələr nomenklaturasına aid olmayan Baş İdarənin mərkəzi aparatında olan işçiləri işə təyin və azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür,müvafiq sahədə fərqlənən işçilərin nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edilməsi ilə bağlı təkliflər verir;

5.5.4.Nazirliyin vəzifələr nomenklaturasına aid olan Baş İdarənin tabeliyində olan müəssisə və təşkilatlardakı vəzifələr ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir;

5.5.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr, sərəncamlar verir, tədbirlər planlarını təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.5.6. tabeliyində olanmüəssisə və təşkilatların rəhbərlərinin qanunvericiliyə zidd olan əmr və sərəncamlarını ləğv edir;

5.5.7. fəaliyyət istiqamətləri üzrə dövlət sifarişlərinə dair sənədləri təsdiq edir;

5.5.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində strukturuna daxil olmayan tabeliyində olan qurumların (Heydər Əliyev Mərkəzi istisna olmaqla) ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilinidə onların xərclər smetasını təsdiq edir;

5.5.9. Baş İdarəni dövlət orqanlarında və məhkəmələrdə təmsil edir, Baş İdarənin təmsil olunması ilə bağlı onun işçilərinə etibarnamələr verir.

5.6. Baş İdarədə mühüm strateji və taktiki tədbirlərin həyata keçirilməsi ilə bağlı onun yanında rəisdən (şura sədri), onun müavinindən, işçilərindən ibarət şura yaradılır. Şuranın tərkibinə həmçinin tabeliyindəki müəssisələrinvə təşkilatların rəhbərləri, mütəxəssislər, yaradıcılıq ittifaqlarının nümayəndələri və alimlər də daxil edilə bilər;

5.6.1. şuranın üzvlərinin sayı və tərkibi Nazirlik tərəfindən təsdiq edilir;

5.6.2. şura iclasları iki aydan bir olmaqla keçirir və öz iclaslarında Baş İdarənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir, müvafiq qərarlar qəbul edir;

5.6.3. şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olarsa, şuranın sədrinin səsi həlledici hesab edilir;

5.6.4. şuranın qərarları protokolla rəsmiləşdirilir, rəis tərəfindən təsdiq edilir, bir nüsxəsi nazirliyə göndərilir;

5.6.5. şuranın qərarları bir qayda olaraq, rəisin əmri ilə həyata keçirilir;

5.6.6. şuranın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda rəis bu barədə Nazirliyə məlumat verərək öz qərarını həyata keçirir. Şuranın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının mədəniyyət nazirinə çatdıra bilərlər;

5.6.7. şuranın iclaslarına zəruri hallarda nazirliyin, digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının, habelə qeyri-hökumət təşkilatlarınınnümayəndələri dəvət edilə bilər.

5.7. Müvafiq sahədə elmi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Baş İdarədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki və ya digər şuralar yaradıla bilər. Şuralar haqqında əsasnamələr rəistərəfindən təsdiq edilir.


6. BAŞ İDARƏNİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ


6.1. Baş İdarənin əmlakı ona təhkim edilmiş dövlət əmlakından, dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.

6.2. Baş İdarənin əmlakından bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə istifadə olunur. İdarə fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərin maddi-texniki, hüquqi və təşkilati təminatını həyata keçirir.

6.3. Baş İdarə öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitləri, hüquqi və fiziki şəxslərin, o cümlədən xarici hüquqi və fiziki şəxslərin, beynəlxalq təşkilatların qrant və ianələrini cəlb etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

6.4. Baş İdarə əldə edilən gəlirlərdən elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün qanunvericiliyə uyğun olaraq istifadə edir.

6.5. Baş İdarənin rəisinin əmri ilə büdcədənkənar maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə və artırmalar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər.

Baxış sayı: 65047