XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 11:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət Evi  "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib.

Yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən aksiyada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası   istiqamətində müvafiq işlər aparılıb. Həmçinin, Mədəniyyət evinin rəsm kursunun şagirdləri təbiəti öz əsərlərində əks etdirən rəsmlər çəkiblər.

Aksiyanın keçirilməsində məqsəd insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Baxış sayı: 199