XƏBƏRLƏR
MƏLUMAT
Uşaq yazarları ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 11:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası147 nömrəli Texniki Humanitar Liseylə birlikdə Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar uşaq şairi, nasir, AYB-nin və AJB-nin üzvü Qəşəm İsabəyli və uşaq yazıçısı, şair, professor Zahid Xəlil ilə görüş keçiriblər.

Görüş zamanı müasir uşaq ədəbiyyatının görkəmli nümayəndələri olan Qəşəm İsabəyli və Zahid Xəlilin həyat və yaradıcılığı haqqında məlumat verilib, kitab sərgisinə baxış keçirilib.Bildirilib ki, müasir uşaq ədəbiyyatının formalaşmasında hər iki yazarın xüsusi rolu var.

Zahid Xəlil və Qəşəm İsabəyli çıxışlarında əsərləri haqqında məlumat verərək, yeni yazdığı şeirlərini səsləndiriblər. Onlar şagirdlərə kitabları sevməyi və mütaliə etməyi tövsiyə ediblər.

Daha sonra şagirdlər şairlərin şeirləri ilə çıxış edərək kompozisiya nümayiş etdiriblər.

Görüş çərçivəsində yazarlar kiçikyaşlı oxucuların suallarını cavablandırıblar.

Sonda şair Qəşəm İsabəyli “Boz cücələrlə məşhur oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı” adlı kitabını kitabxanaya hədiyyə edib.

Baxış sayı: 124