XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2024 13:33

Aprelin 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Zirə qəsəbə Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

GörüşdəXalq artistinin həyat və yaradıcılığı barədə məlumat verilib, səhnə fəaliyyətindən, yaratdığı obrazlardan, rol aldığı filmlərdən söhbət açılıb.

Nurəddin Mehdixanlı çıxışı zamanı Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb,  ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib.

Sonda sevilən aktyor  müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.

Baxış sayı: 140