XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Həsən Əblucun anadan olmasının 82 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 09:34

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olub. O, M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1-ci kursda Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib. Azərbaycan Dövlət İncəsənət Universitetində çalışıb. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynayıb. Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, hekayələr, dram əsərləri yazıb. Onun rejissor kimi sonuncu işi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri olub, lakin onu yekunlaşdıra bilməyib.

Əməkdar artist 1994-cü ildə vəfat edib.

Baxış sayı: 98