Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrini təqdim edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, universitetin Özbək dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən dekan Firuzə Bərxanova “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. O, Özbək dili və ədəbiyyatı fakültəsi tələbələrinin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiklərini vurğulayaraq romanın özbək dilində nəşrinin müəllim və tələbələr üçün çox dəyərli bir əyani vəsait olacağını diqqətə çatdırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən, bu istiqamətdə Mərkəzin reallaşdırdığı layihələrdən danışıb.
Klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarından bəhs edən “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan Qurdoş Qəhrəmanov əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılanacağını deyib.
Universitetinin dosenti Davron Qodirov çıxışında tarixi romanın Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.
Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin dosenti Mahbuba Orozbayeva isə məruzəsində M.S.Ordubadi və roman barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirin sonunda universitetin tələbələri tərəfindən Azərbaycan klassiklərinə aid poeziya nümunələri səsləndirilib.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi isə özbək alim Abdulla Uluqovdur.
Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.
- 17:46 Xəzər rayon MKS-nin 1 nömrəli kitabxana filialında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:43 Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
- 16:31 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
- 16:28 Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
- 16:18 “Heydər Əliyevin tarixi obrazı və Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərs keçirilib
- 15:52 "Yaşıl ümid, sağlam gələcək" devizi altında ağacəkmə aksiyası keçirilib
- 14:55 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:52 Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar
- 14:22 Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb
- 14:20 Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 14:16 Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub
- 12:05 “Ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq” mövzusunda mühazirə oxunub
- 11:39 Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 11:24 “Torpağı şəfalı Azərbaycanım” adlı tamaşa təqdim edilib
- 10:59 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb
- 10:13 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:00 Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib
- 09:31 Bu gün Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 86 ili tamam olur
- 09:27 Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib
- 09:23 Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub
- 16:49 TÜRKSOY-un Baş katibi Bütün Türk dövlətlərinin iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi çəkiləcək
- 14:44 Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
- 12:28 Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq
- 10:43 Tanınmış jurnalist Asif Mərzilinin "Sonuncu əmr" adlı kitabının təqdimat mərasimi keçirilib
- 10:24 Norveçli turist Qaradağ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib
- 09:51 Milli Kitabxanada “Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açılıb
- 09:41 Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
- 09:34 “Multukultural dəyərlərin inkişafı və dünyada tanıdılmasında Heydər Əliyevin təməl siyasəti” adlı mühazirə dinlənilib
- 09:24 Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
- 09:13 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın anadan olmasının 110 ili tamam olur
- 09:10 Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub
- 17:18 “Gəlin, gələcəyimizi qoruyaq!” adlı maarifləndirici söhbət keçirilib
- 15:21 Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
- 15:19 “Heydər Əliyev və milli mədəniyyətimiz” adlı məqalə təqdim edilib
- 15:12 Kitabxanada gənc rəssam Almaz İdrisovanın fərdi rəsm sərgisi açılıb
- 15:05 Simli Kvartetin təqdimatında kamera musiqisi axşamı
- 11:26 Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib
- 10:29 Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb
- 10:15 Görkəmli bəstəkar Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:52 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Nazirlərin 5-ci görüşü “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunacaq
- 09:43 Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib
- 09:36 Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı keçirilib
- 09:33 Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib
- 09:30 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Beynəlxalq Təşkilatların III Zirvə görüşü “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusuna həsr olunacaq
- 09:28 Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq
- 15:58 “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı layihəyə yeni hekayə təqdim edilib
- 15:32 Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub
- 15:30 Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 15:21 Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:11 “Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” adlı tədbir keçirilib
- 15:05 Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb
- 15:02 Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür
- 14:57 “Ekoloji problemlər və sağlamlıq” adlı mühazirə oxunub
- 14:50 Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat turniri keçirilib
- 14:22 Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 12:30 Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub
- 12:10 I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb
- 11:32 Bu gün Beynəlxalq Caz Günüdür
- 10:11 Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib
- 09:44 ADA Universitetində Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş caz konserti keçirilib