XƏBƏRLƏR
MƏLUMAT
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar ekskursiyalar təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2024 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialları 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar ekskursiyalar təşkil ediblər.

Yasamal rayon MKS-nin 1, 3 və 4 nömrəli filiallarının əməkdaşları, kitabxananın oxucuları və 145 ,150 nömrəli tam orta məktəblərin şagirdləri Şirvanşahlar sarayı kompleksini və Qız qalasını, 2 nömrəli filialın əməkdaşları isə oxucularla birgə Qobustan dövlət tarixi-bədii qoruğunu ziyarət ediblər.

Ekskursiya zamanı iştirakçılar tarixi abidələrimizlə yaxından tanış olublar və onlara qədim memarlıq abidələrimizin tarixi haqqında ətraflı  məlumat verilib.

Baxış sayı: 133