XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 11:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 5 nömrəli kitabxana filiallarının təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, 97, 114 , 226 nömrəli tam orta məktəblərin müəllim və  şagird kollektivi,  qəsəbə sakinləri, iştirak ediblər.

İlk olaraq yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.Daha sonra çıxış edənlər  yazıçının şəxsi keyfiyyətləri, qələmə aldığı maraqlı hekayələri haqqında danışıblar. Qeyd ediblər ki, yazıçı real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb.

Hacı Qəni Camalzadə çıxışında yaradıcılıq planlarından danışıb, yazmaq istədiyi yeni əsərlər və hekayələr haqqında məlumat verib.

Sonda yazıçı iştirakçıların ona ünvanlanan suallarını cavalandırıb.

Aşağıdakı linkə daxil olub daha ətraflı məlumat ala bilərsiniz:

https://www.instagram.com/p/C538ajNMzDH/?igsh=c2hwMnJpbnE2d3ls

Baxış sayı: 76