XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
24/04/2024 17:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 106 nömrəli tam orta məktəbin, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə 158, 176 nömrəli tam orta məktəblərin şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz xidmətlərindən danışılıb.

Həmçinin qeyd olunub ki, dahi liderimiz Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı olduğunu ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib.

Baxış sayı: 69