XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 10:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsi davam edir.

Bu dəfə kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Xanım Mehdixanlı “Dünya hamımıza çatar” hekayəsini təqdim edib.

Müəllif hekayədə kiçikyaşlı oxuculara canlılarla mərhəmətli davranmağı, təbiətə qayğı ilə yanaşmağı tövsiyə edir.

Hekayəni aşağıdakı keçidə daxil olaraq oxuya bilərsiniz:

https://drive.google.com/file/d/16khVTg3603nPn61Im0SJ620BfRKT_WgA/view?usp=sharing

Baxış sayı: 100