XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan olmasının 117 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2024 09:28

Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da anadan olub. O, ADU-nun şərqşünaslıq fakültəsinin dilçilik şöbəsində, “Leninqrad Konservatoriyası” nəzdindəki musiqi məktəbində təhsil alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. O, “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. “Nizami”, “Soyüdlər ağlamır” operalarının müəllifidir. “Hacı Qara”, “Fərhad və Şirin” əsərlərinə musiqi bəstələyib. “Bahadır və Sona”, “Söyüdlər ağlamır”, “Qaraca qız”, “Qızıl açar” baletlərinə libretto yazıb. Musiqi və teatr incəsənəti ilə bağlı onlarla məqalənin müəllifidir. C.Rossinin “Sevilya bərbəri” və bir sıra operaların mətnlərini Azərbaycan dilinə tərcümə edib.

Xalq artisti Əfrasiyab Bədəlbəyli 1976-cı ildə vəfat edib.

 

Baxış sayı: 130