XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2024 10:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbinin violin ixtisası üzrə III sinif şagirdi Dzyuba Aleksey (müəllim Manafov Rüfət və konsertmeyster Mehtiyeva Elmira) görkəmli musiqiçi və pedaqoq Yelena Fabianovna Qnesinanın xatirəsinə həsr olunmuş musiqiçi-ifaçıların və bəstəkarların “Romantizm: mənşəyi və üfüqləri” adlı XIV Beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Dzyuba Aleksey uğurla iştirak edərək I dərəcəli diploma layiq görülüb.

Baxış sayı: 74