XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 17:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Görüşdə ilk olaraq şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında  müasir Azərbaycan ədəbiyyatının dünənindən, bu günündən danışıb, gənclərin ədəbiyyata marağının artırılması üçün atılmalı addımlardan bəhs edib.

Daha sonra Xalq şairi oxucuların suallarını cavablandırıb, ədəbiyyat, həmçinin Azərbaycan dili haqqında fikirlərini bölüşüb.

Tədbirin bədii hissəsində Bədii qiraət dərnəyinin üzvləri Sabir Rüstəmxanlının şeirlərini səsləndiriblər.

Baxış sayı: 104