XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin 1saylı filialı sərgi-söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 14:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 1saylı filialı Milli Qurtuluş Günü ilə əlaqədar sərgi-söhbət keçirib.

Baş kitabxanaçı Dilşad Əliyeva  bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun – böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider  Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə  hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub.

Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 

Baxış sayı: 89535