XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə klubu 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2019 16:28

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xocəsən qəsəbə klubu 103 saylı tam orta məktəbdə 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan edilib.

Tədbirdə məktəb direktoru S.Həziyeva  çıxış edərək qonaqları salamlayıb və 28 may - Respublika Günü münasibətilə təbrik edib.

Məktəb şagirdləri tədbirdə 8 may Şuşa şəhərinin  işğalı günü,9 May faşizm üzərində Qələbə günü,10 may ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü,28 may - Respublika Günü və digər əlamətdar günləri tərənnüm edən şeirlərlə,rəqslərlə çıxış ediblər.

Sonda məktəb şagirdlərinin əl işlərindən ibarət foto və rəsm sərgisinə baxış keçirilib.

Baxış sayı: 15152